Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi bir müddət klubda oynamayacaq.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı hücumçunun dizindəki zədədir.

Qeyd edək ki, Messi sentyabrda Venesuelanı 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib.