Xəbər verdiyimiz kimi, Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi, 22 yaşlı Anar Orucov dənizə düşüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 32 saatdan sonra gəncin cansız bədəni sudan çıxarılıb.

Türkiyədə dənizə düşən azərbaycanlı gəncin cəsədi tapıldı -


09:55

Türkiyəlin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi dənizə düşüb.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı “Ünzile Ana” adlı quru yük gəmisində baş verib.

Əlverişsiz hava şəraiti səbəbindən gəminin bağlandığı kəndir qopub. 22 yaşlı Anar Orucov gəmini idarə etmək üçün kəndir bağlayarkən qəfil dənizə düşüb.

Hazırda həmyerlimizin axtarışları davam edir.

Türkiyədə dənizə düşən azərbaycanlı gəncin cəsədi tapıldı -