Nəriman Əbdülrəhmanlı Yazıçılar Birliyindən niyə çıxıb? -

Yazıçı və tərcüməçi Nəriman Əbdülrəhmanlı Yazıçılar Birliyindən çıxma səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, APA-ya müsahibəsində İdarə Heyətinin yığıncağına dəvət edilmədiyini deyib:

"Mən uzun müddət Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü oldum. O müddətdə bir dəfə də olsun məni İdarə Heyətinin yığıncağına dəvət eləmədilər, bir dəfə də olsun, müzakirə olunan hansısa məsələ ilə bağlı fikrimi soruşmadılar. Ona görə də İdarə Heyətində olmağımı mənasız hesab elədim və istefa verdim.

Mən Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalında işləyirdim. Bütün gün Yazıçılar Birliyində olurdum. Təsəvvür edin, İdarə Heyətinin adından qərar qəbul olunur və səninlə məsləhətləşmirlər. Ona görə istefa verdim ki, barı mənəvi rahatlıq tapım, bilim ki, o qərarların qəbulunda heç bir məsuliyyətim yoxdur."

Yazıçı bu addımdan peşman olmadığını deyib:

"Təşkilat umacağı olan insanlara nəsə verir. Təşkilat o adamlara lazımdır ki, onlar təşkilatdan ev alır, maşın alır, vəzifəyə çəkilir. Mənim də heç vaxt elə iddialarım olmayıb", deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR