Çox adam bu həyatda mənə yaxın durmadı -

"Çox adam bu həyatda mənə yaxın durmadı, satdı. Kiminsə yoxluğundan da istifadə etdilər. Bu yaxınlarda İnstaqramda ismarış gəldi ki, "Biz səni satmamışıq, unutmamışıq". Dedim ki, mənim varlığımı yada salmaq üçün bu olmalı idi?".

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Tam vaxtıdır" verilişində deyib. Müğənni ona can yandırmayanları artıq tanıdığını bildirib:

"Atamın tərbiyəsini almışam. Ona görə hər zaman güclü olmağı bacarmışam. Çox adam məni küsdürdü. Həmişə demişəm, kim məni incidibsə, pislik etmək istəyibsə, getsinlər atamdan üzr istəsinlər. Atam həmişə deyirdi ki, "Siz Səidəyə toxunanda, ilk olaraq mənə toxunmuş olursunuz". Bu həddi aşdınızsa, deməli adam deyilsiniz".

Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR