Azərbaycanda sürücüsü qadın olan maşın kanala düşdü -

Xəbər verdiyimiz kimi, Füzulinin Kərimbəyli kəndində yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Metbuat.az-ın sorğusuna cavab olaraq bildirdi ki, yanvar ayının 9-da Füzuli rayonunun Kərimbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı "Hyundai" markalı avtomobil su kanalına aşıb, xoşbəxtlikdən avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.

****

10.55

Füzulinin Kərimbəyli kəndində qadın sürücü idarəetməni itirərək kanala düşüb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə hadisənin şahidləri bildiriblər ki, insidentə səbəb nəqliyyat vasitəsinin qarşısına küçə itinin çıxması olub. Bu zaman sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini kanala salıb. Yayılan məlumatlarda o da qeyd olunur ki, nəqliyyat vasitəsində 6 nəfər - üç qadın, üç kişi olub. Baş vermiş qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsini sudan çıxarmaq mümkün olmayıb. Qəzanın görüntülərini təqdim edirik:

Aidə Fətəliyeva / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR