Erməni vəkil Paşinyanı GÜNAHLANDIRDI:

“ Müharibədən 1 il 3 ay keçməsinə baxmayaraq hələ də müxtəlif morqlarda saxlanılan çantalarda naməlum cəsədlər və qalıqlar var”.

Metbuat.az “Hraparak”a istinadən xəbər verir ki, bu fikirləri Ermənistandakı “Hayastan” blokunun üzvü, hüquqşünas Robert Hayrapetyan deyib. Hüquqşünas, Ermənistan ordusunda baş verənlərdə hazırki hakimiyyətin günahkar olduğunu qeyd edərək bildirir ki, artıq orduda da hərbçilər arasında vəziyyət ürəkaçan deyil.

“21 yaşlı gəncin intiharının qarşısı tağım komandiri tərəfindən alınıb. Sonuncu, ölən dostlarına qoşulmaq üçün həyatına həmin anda son qoymaq istədiyini bildirib.

Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik halları və xaos getdikcə artır. Ermənistanda qadınlar, qocalar və uşaqlar zorla müharibəyə aparılır və cəbhəyə getməkdən yayınanlar sərt şəkildə cəzalandırılırlar.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR