Ofisdə işləyənlər hansı xəstəliklərlə üzləşir? -

Rusiyalı məşhur həkim Yevdakimenko ofis işində çalışanların işlərinə görə ən çox üzləşdikləri və tutulduqları xəstəlikləri sadalayıb.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, oturaq və qapalı məkanda işləmək səbəbindən onlarda ümumi oksigen aclığı, əzələ, bağlar, oynaqlarda problemlər, ayaq və əllərdə uyuşma, boyun protruziyası, varikoz, karpat tunel sindromu daha çox rast gəlinir.

“Yaşlandıqca əl barmaqları çox adamda dəyişir. Lakin ofis işçilərində bu əl barmaqlarının daha çox istifadəsi nəticəsində tezləşir. Əllərə, barmaqlara yük çox olduğu üçün oynaq qığırdaqları, bağlar deformasiyaya uğrayır.

Eləcə də kompüterdə işləməkdən biləkdə karpal tunel sindromu, oynaqda iltihab yaranır. Belə işçilərə fasilə, istirahət, iltihab əleyhinə dərmanlar, masaj lazımdır.

Eləcə də çox oturmaqdan oturaq sinir iltihabı olur. Onlarda beldə, büzdümdə, budda ağrılar yaranır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR