Bayden bu dəfə də Putini “qəssab” adlandırdı -

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “qəssab” adlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb.

Bildirilib ki, Bayden bu açıqlamanı Polşa və Ukrayna sərhədində ukraynalı qaçqınların düşərgəsini ziyarət etdiyi zaman verib.

Belə ki, jurnalistlərdən biri Baydendən Ukraynadakı hərbi əməliyyat fonunda Putin barəsində nə düşündüyünü soruşub.

“O qəssabdır”, - deyə Bayden cavab verib.

Xatırladaq ki, Bayden daha əvvəl Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR