"Rus məmurlarının xaricdəki məşuqələrinin vizaları ləğv edilməlidir" -

"Rusiya məmurlarının xaricdə oxuyan və ya məzuniyyətdə olan qohumlarının, məşuqələrinin vizaları ləğv edilməli və onlar deportasiya edilməlidir".

Metbuat.az Unian-a istinadən xəbər verir ki, bu açıqlamanı Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk edib. O qeyd edib ki, 24 saat ərzində Rusiya məmurlarının ailə üzvləri, istirahətdə olan qohumları, hətta müalicə olunan yaxınları belə xarici ölkələrdən deportasiya edilməlidir.

Ruslan Stefançuk hesab edir ki, bu sivil dünyanın Ukraynada baş verən hadisələrə görə Rusiyaya cavab reaksiyasıdır.

Məlumat üçün bildirək ki, fevralın 24-də başlayaraq Rusiya Ukrayna arasında baş verən gərginlik səbəbindən dünyanın bir çox ölkələri Rusiyaya qarşı sanksiyaları tətbiq edir. Mövcud sanksiyalara yeddi Rusiya bankına SWIFT qadağası, əsas texnologiyaların ixracının qarşısının alınması, Rusiya aviaşirkətləri üçün hava məkanının bağlanması və Putinin özü də daxil olmaqla yüzlərlə rusiyalı oliqarx və məmurun aktivlərinin dondurulması daxildir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR