“Əvvəl ağır oğlan idi, indi “TikTok”da bambılılıq edir” - Nadir Qafarzadədən SƏRT SÖZLƏR

üğənni Nadir Qafarzadə bəzi tanınmış simaların pula görə “TikTok”da özlərini təlxək vəziyyətinə saldıqlarını qeyd edərək onları sərt tənqid edib.

Bu barədə Nadir MTV-də yayımlanan “MTV Maqazin” verilişində danışıb.

O, “TikTok”a girmədən öncə özünü tamaşaçılara “ağır oğlan” obrazı ilə sırıyıb, indi isə orada yüngül hərəkətlər edən tanınmışları yerdən yerə vurub:

“Efirə çıxıb, kişi-kişi danışırdılar. İndi baxırsan “TikTok”da bambılılıq edir. Bəs, nə oldu? Deməli sən o “TikTok”dakı vəziyyətində idin və efirə çıxdığın zamanlar obraza girmişdin, aktyorluq edirdin. Normal qadına da, kişiyə də “TikTok”da hoqqa verib oyun çıxartmaq yaraşmır”.

Ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR