Türkiyə super gücə çevrilir: TB2-dən sonra TB3 gəlir -

ABŞ-ın “Forbes” jurnalı Türkiyənin yaxın aylarda istifadəyə verəcəyi Bayraktar TB3-lər barədə məqalə yayımlayıb.

Metbuat.az xəbər verir ki, məqaləyə görə, TB3-lər dünya miqyasında uğurlara imza atan əvvəlki növlərindən daha güclü olacaq. Məqalədə deyilir:

“Bu, Türkiyənin PUA sahəsində super güc olmaq istəməsinin nümayişidir. Yeni PUA Suriya, Qarabağ, Liviya və Ukrayna müharibələrində uğurları ilə tanınan TB2-nin xələfi olacaq. Yeni PUA-lar F-35-lərin əvəzinə TCG Anadolu gəmisinə də yerləşdiriləcək. TCG Anadolu gəmisinə 50 PUA yerləşdirilməsi nəzərdə tutulur”.

Məqalədə Türkiyənin pilotsuz uçuş apartları sahəsində əldə etdiyi uğurlardan bəhs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR