Azərbaycanda Rumıniyanın 95 adda dərman preparatı qeydiyyatdan keçib

Azərbaycanda Ruminiyanın 95 adda dərman preparatı qeydiyyatdan keçib.

Metbuat.az xəbər verir ki, bunu Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında çıxışı zamanı səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

O, vərəm, QİÇS və xəstəxanaların akkreditasiyası ilə bağlı layihələr çərçivəsində hər iki ölkənin ekspertlərinin qarşılıqlı səfərlərinin təşkil olunduğunu da diqqətə çatdırıb.

"Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var", - deyə nazir müavini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR