Qeysəriyyə əməliyyatı yoxsa normal doğuş? -

Hər il dünyada yüz minlərlə qadın doğuş prosesində və ya bu müddət ərzində vəfat edir. Elə ölkəmizdə də bu hallar az yaşanmır. Kimiləri riskli hamiləlik ucbatından, kimiləri də həkim səhvinə görə, hamiləlik prosesini tamamlaya bilmir.

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Minurə Kazımova suallarımızı cavablandırarkən bildirdi ki, 9 ay müddətində qadınlar üçün həkim müayinəsindən sağlam qidalanmaya qədər olan bütün faktorlar önəmlidir.

Minurə xanım, bir qadın üçün bədən bioloji baxımdan ana olmağa neçə yaşdan tam hazır olur?

- Sağlamlığında hər hansı problem olmayan, 18 yaşı tamam olan qadınlar bioloji baxımdan doğuşa hazır olurlar.

Bu müddət ərzində hamilə qadınlar əsasən nəyə diqqət yetirməlidir?

Hamilə qadınların həkimlə əlaqəsi mütləqdir. Hamiləliyi normal keçən qadınlar, risk qrupuna daxil olmayan qadınlar 9 ay ərzində təxminən 7 dəfə həkim qəbulunda olmalıdırlar. Əgər bu gedişlərdə hər hansı problemlər aşkarlanarsa, həkimə müraciət sayca arta bilər. Hər həkim qəbulunda qadının fiziki və psixoloji durumu yoxlanılmalıdır. Çəkisi, bədən artımı, xarici görünüşü, dəri selikli qişalarının rəngi, arterial təzyiq yoxlanılmalıdır. Eyni zamanda, bundan öncə hamiləlik olubsa, bu barədə məlumatlar alınmalıdır”.

Ginekoloq bildirir ki, hamilə qadınlar 9 aylıq prsoesdə özlərini və dölü doğuşa hazırlamalıdırlar:

- Buraya sağlam qidalanma, maye qəbulu, açıq havada olmaq daxildir. Vitaminlə zəngin qidalarla qidalanmaq mütləqdir.Həmçinin fiziki aktivlik unudulmamalıdır.

...

Minurə Kazımova

İlk baxışda qeysəriyyə əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir, amma ölüm halları da az deyil. Qeysəriyyə əməliyyatı yoxsa normal doğuş?

- Hər iki üsul həm ana, həmdə döl üçün zərəsiz olmalıdır. Əgər hamiləlik fizioloji yolla baş tutacaqsa və ya heç bir problem yoxdursa, normal doğuş məsləhətlidir. Hər hansı problem yarandığı təqdirdə isə hamiləlik qeysəriyyə əməliyyatı ilə başa çata bilər. Düzdür, dünyada son vaxtlar qeysəriyyə əməliyyatlarının sayı artıb. Bunun da əsas səbəbi hamilələrin doğuşa tam hazır olmaması ilə bağlıdır. Ağrı faktorları, psixoloji gərginlik səbəbindən qeysəriyyə əməliyyatlarına üstünlük verilir.

Bütün bunların qarşısını almaq üçün 34-cü həftədən sonra hamilələri psixoloji cəhətdən bu prosesə hazırlamaq lazımdır. Həkim qəbulunda bütün bunlar edilməlidir. Eyni zamanda normal hamiləlik gedişində mümkün qədər hamilələri qeysəriyyə əməliyyatından daha çox normal doğuşa hazırlamaq lazımdır.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR