Avropa Dərman Agentliyinin İnsan Dərmanları Komitəsi böyüklər üçün meymunçiçəyi xəstəliyinə qarşı "Imvanex" peyvəndinin istifadəsinin artırılmasını tövsiyə edib.

Metbuat.az Avropa İttifaqının dərman tənzimləyicisi olan agentliyə istinadən xəbər verir ki, dərman 2013-cü ildən Aİ-də çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilmişdir.

"Imvanex" meymun çiçəyi virusu ilə çiçək virusu arasında oxşarlığa görə potensial peyvənd hesab olunub.