Qəhvə xərçənglə mübarizədə faydalıdır

Aparılan tədqiqatlar qəhvənin xərçəngin ən geniş yayılan növü ilə mübarizədə olduqca faydalı olduğunu sübut edib.

Metbuat.az AZƏRTAC-a istinadən qəhvənin bilinməyən faydasını təqdim edir.

“JAMA Onkology” jurnalında bildirilir ki, ABŞ-dakı Dana-Farber Xərçəng İnstitutunun alimləri gündə bir neçə fincan qəhvə içməyin kolorektal yəni yoğun bağırsaq xərçəng xəstələrinin sağqalma şansını artırdığını, vəziyyətlərini yaxşılaşdırdığını və xəstəliyin şiddətlənmə riskini azaltdığını bildiriblər.

Mütəxəssislər yoğun bağırsağın metastatik xərçəngindən müalicə olunan 1171 xəstə barədə məlumatları analiz edib. Gündəlik iki və ya daha çox fincan qəhvə içdiyini bildirənlər, qəhvə içməyənlərə nisbətən daha uzun ömür sürüblər və onlarda metastaz prosesi ləngiyib. Yəni dörd fincan qəhvə içməyin faydalı olduğu məlum olub. Hətta tərkibində kofein olmayan kofe içəndə belə, bu təsir öz qüvvəsini göstərib.

Tədqiqatçılar qeyd edib ki, qəhvənin tərkibində inkişaf etmiş xərçəngə qarşı təsir göstərən antioksidantlar və iltihab əleyhinə maddələr var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR