Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.