Əslən Ermənistandan olan Rusiyanın məşhur vizajisti Qohar Avetisyanın təxribatlardan sonra atdığı addım erməniləri özündən çıxarıb.
Metbuat.az erməni mediasına istinadən xəbər verir ki, o, rəsmi instaqram səhifəsindən Ermənistan bayrağını silib.
İstifadəçilər deyirlər ki, Qohar bu addımı sərhəddə baş verən atışmadan sonra atıb. Sosial şəbəkələrdə erməni istifadəçilər onu tənqid edərək bir daha onu izləməməyə çağırıblar. Hətta bunun üçün kampaniya başladılıb.
Qeyd edək ki, Qohar Avetisyanın 11 milyondan çox izləyicisi var.
Gülər Seymurqızı
