Vilayət Eyvazov tanınmış idmançıya

Tanınmış idmançıya Eduard Məmmədova Daxili İşlər Nazirliyində vəzifə verilib.

Metbuat.az-ın məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, "ağ canavar" ləqəbli azərbaycanlı idmançı peşəkar kikboksçu, 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionudur.

Həmçinin o, peşəkarlar arasında dünya çempionu, peşəkarlar arasında WAKO versiya üzrə interkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiya üzrə dünya kəmərinin sahibi, əməkdar idman ustası, əməkdar məşqçidir. Daxili İşlər Nazirliyinin "DİNAMO" İdman Cəmiyyətinin Baş İnspektoru, polis polkovnik-leytenantıdır.

Ailəlidir, iki əkiz - bir qız, bir oğlan övladı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR