Şimali Koreyanın dövlət mediası Şimali Koreya lideri Kim Çen Inın ətrafında mahnı oxuyan bir qızın görüntülərini yayıb.
Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, həmin bu qızın Şimali Koreya lideri Kim Çen Inın qızı olduğu iddia edilir.
Nəşr yazır ki, bu qız Inın tək qızı Ju-aedir. Şənlikdə digər uşaqların əylənməsinə baxmyaraq Ju-aenin nisbətən sakit olması diqqəti cəlb edib. Əgər iddialar doğru olarsa, bu, Kimin qızının ictimaiyyət arasındakı ilk görüntüləri olacaq.
2017-ci ildə Kim və Ri Sol Cunun üçüncü övladı dünyaya gəlib. Kimin ilk oğlu 2010-cu ildə, ən kiçiyinin isə 2017-ci ilin əvvəlində doğulduğu bildirilir. Görüntülərdəki qızın isə 2013-cü ildə doğulduğu güman edilir.
