Avropa Birliyindən Türkiyə və Liviya arasında imzalanan yeni sazişə etiraz edilib.

Metbuat.az xəbər verir ki, Avropa Komissiyasının Xarici Əlaqələr üzrə sözçüsü Peter Spano bildirib ki, Avropa Komissiyasında Türkiyə və Liviya arasında imzalanmış sənədin qanuni olduğu qəbul edilməyib. Onun sözlərinə görə, Avropa Birliyi 2019-cu ildə tərəflər arasında su sərhədləri barədə imzalanmış sənədi də qəbul etməmişdi. Onun iddiasına görə, 2019-cu ildə imzalanmış sənəd 3-cü ölkələrin hüquqlarını pozur. Sənədə Yunanıstan da etiraz edib.

Qeyd edək ki, Türkiyə və Liviya arasında karbohidrogen sahəsinə dair memorandum imzalayıb. Sənəd iki ölkənin bu sahədə birgə işləməsini əhatə edir. Çavuşoğlu bəyan edib ki, 3-cü ölkələrin iki suveren dövlət arasında imzalanmış sənədə müdaxilə etmək hüququ yoxdur.