Türkiyədən GÖZLƏNİLMƏZ HƏMLƏ:

Türkiyə və Liviya arasında karbohidrogen sahəsinə dair memorandum imzalanması Yunanıstanda narahatlıq yaradıb.

Metbuat.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məqalə yayımlayıb. Məqalədə deyilir ki, tərəflər 2019-cu ildə imzalanmış sənəd əsasında yeni müqavilə imzalayıblar. Müəllif Yunanıstanın 2019-cu ildə imzalanmış sənədə də etiraz etdiyi xatırladıb. “Yunanıstanın kabusunun gerçək olduğunu” qeyd edən jurnalist məqaləsində Türkiyənin Liviyada yürütdüyü siyasətə diqqət çəkilib. Ankaranın Liviya hökumətinə verdiyi dəstək vurğulanıb.

Qeyd edək ki, Türkiyə və Liviya arasında karbohidrogen sahəsinə dair memorandum imzalanıb. Sənəd iki ölkənin bu sahədə birgə işləməsini əhatə edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, 3-cü ölkələrin iki suveren dövlət arasında imzalanmış sənədə müdaxilə etmək hüququ yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR