Şimali Koreya ordusuna məxsus döyüş təyyarələri Cənubi Koreyanın hava məkanına 25 kilometr məsafəyə qədər yaxınlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, 10 döyüş təyyarəsi ölkə sərhədlərinə yaxınlaşıb. Cənubi Koreya buna 12 F-35 təyyarəsi ilə qarşılıq verib. Şimali Koreya bundan sonra Yapon dənizinə ballistik raket atıb. Raketin xüsusiyyətləri barədə məlumat yoxdur. Bu Şimali Koreyanın son 2 həftədə 8-ci raket testidir.