Ərdoğanla bağlı gizli səs yazısı üzə çıxdı -

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı səs yazısı üzə çıxıb.

Metbuat.az xəbər verir ki, səs yazısı Tramp amerikalı jurnalist Bib Voodvarda müsahibəsi vaxtı qeyd edilib. İki il əvvəl lentə alınan səs yazısında Tramp Ərdoğanla yaxşı anlaşdığını ifadə edib. 8 saatlıq qeyddə Tramp Şimali Koreya lideri Kim Çen Inı, Rusiya Prezidenti Vladimir Putini də bəyəndiyini ifadə edib:

“Ərdoğanla yaxşı anlaşırıq. Mənim üçün yaxşı gedir. Gülməli gəliramma daha sərt insanlarla qarşılaşdıqca onlarla daha asan anlaşıram. Kim Çen, Putin və Ərdoğanla eyni otaqda olarkən onlar arasında ən ağıllısı mənəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR