Putindən Rusiyaya silah göndərən Kim Çen Ina İNANILMAZ HƏDİYYƏ -

Şimali Koreya və Rusiya dəmir yolu ticarətini bərpa ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya gedən qatarla Kim Çen Ina 30 at göndərib. Qeyd edək ki, atlar Şimali Koreya siyasi mədəniyyətində yüksək simvolik dəyərə malikdir. Bundan əvvəl, Şimali Koreya lideri Kim Çen Inın vacib siyasi qərarlar verməzdən əvvəl at belində gəzintiyə çıxması ilə bağlı fotoları dərc edilib.

Əlavə edək ki, ABŞ Şimali Koreyanı Rusiyaya artilleriya mərmiləri tədarük etməkdə ittiham edib. “Ağ ev”in Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, silahlar gizli formada Rusiyaya göndərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR