Şimali Koreya, ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin vaxtını uzatmasına sərt cavab verib.

Metbuat.az xəbər verir ki, Şimali Koreya yazılı açıqlamasında qeyd edib ki, ABŞ və Cənubi Koreya “bu qərarın nə qədər təhlükəli olduğunu“ öyrənəcək.

Açıqlamada deyilir: ABŞ və Cənubi Koreyanın məsuliyyətsiz qərarı və müttəfiq qüvvələrin təxribat xarakterli hərbi hərəkətləri nəticəsində yaranmış hazırkı vəziyyət onu idarəolunmaz mərhələyə sövq edir”.

Qeyd edək ki, Şimali Koreyanın raket testlərinə cavab olaraq, ABŞ və Cənubi Koreyanın hava qüvvələri hərbi təlimlər keçirir. Şimali Koreyanın təlimlərə cavab olaraq təşkil etdiyi növbəti raket sınaqlarından sonra təlimlərin müddəti artırılıb.