Azərbaycan idmançılarından uğurlu nəticə: Beynəlxalq turnirdə

Noyabrın 5-i və 6-da Litvanın Vilnüs şəhərində bədii gimnastika üzrə “Dalia Kutkaite” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.

Metbuat.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, gimnastımız Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında rəqiblərindən güclü olduğunu nümayiş etdirərək qızıl medal qazanıb.

Millimizin digər üzvü Kamilla Seyidzadə lentlə qızıl (24850 xal), halqa ilə (24.000 xal) gümüş medala sahib çıxıb.

Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

Bədii gimnastımız Alina Məmmədova yarışda həmçinin “Miss ekspressiya” titulu ilə mükafatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR