Türkiyədə məşhur oyuncağın satışı qadağan edildi

Türkiyədə məşhur "Huggy Wuggy" oyuncaqlarının satışı qadağan olunub.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, incə iti dişləri ilə qorxulu personaj olan oyuncaq haqqında mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər. Bu səbədən ölkənin Ticarət Nazirliyi araşdırma aparıb və oyuncaqların satışı qadağan edilib.

Bu məhsulu satan şirkətlər isə cəmi 123 min 600 lirə cərimələnəcək.

Qeyd edək ki, "Huggy Wuggy" "Poppy Playtime" adlı qorxu janrında olan oyunda yer alan personajdır. Sözügedən videooyun ötən ilin oktyabrında yayımlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR