Tramp namizədliyini açıqladı

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cu ildə prezident seçkilərində namizəd olacağını rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, iki il əvvəl postu tərk edəndə ABŞ “qızıl dövrü”nü yaşamağa hazır idi. Trampın sözlərinə görə, hakimiyyəti dövründə ölkə iqtisadiyyatı tarixdə ilk dəfə belə yaxşı göstəriciyə çatmışdı. Tramp uğurlu xarici siyasət yürütdüyünü və Çinin, Rusiyanın, İranın və Şimali Koreyanın ona hörmət etdiyini ifadə edib.

“Müharibənin olmadığı bir dönəm idi. Bunu baca bilən ilk prezident idim. Dünya sülh içində idi. ABŞ iqtisadi cəhətdən irəliyə gedirdi və ölkəmiz möhtəşəm irəliləyirdi” – Tramp deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR