"İranı vətəndaş müharibəsinə sürükləmək, parçalamaq istəyirlər" -

“İsrail və bəzi Qərb nümayəndələri İranda vətəndaş müharibəsinin olmasına səy göstərir”.

Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian belə açıqlama verib. O bildirib ki, İranda vətəndaş müharibəsi planlaşdırılanların cəhdləri uğursuz olacaq. “İran Liviya və ya Sudan deyil” deyən Hüseyn Əmirabdullahianın sözlərinə görə, düşmənlər ölkənin suverenliyini hədəfə alıb.

“İranda vətəndaş müharibəsi, dağıntı və parçalanma planları quran təhlükəsizlik agentlikləri, saxta İsrail rejimi və bəzi Qərb siyasətçilər İranın Liviya və Sudan olmadığını bilməlidir. Düşmənlər İranın ərazi bütövlüyünü hədəfə alsa da, xalqın bəsirəti düşməni məyus etdi” - İranın xarici işlər naziri deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR