Rusiya Ukraynadan əvvəl bu ölkəyə hücum etmək istəyib -

Rusiya Ukraynaya hücum etməzdən əvvəl Yaponiyaya müdaxilə etmək istəyib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşri məlumat yayıb. Bildirilir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşının paylaşdığı məxfi sənədlərdə deyilir. Bildirilir ki, Rusiya 2021-ci ilin avqustunda Yaponiya ilə hərbi münaqişəyə hazırlaşırmış. Lakin Kremlin hansı səbəbdən Yaponiya planından imtina edərək, Ukraynaya yönəlməsi məlum deyil. İddia edilib ki, Moskvanın Yaponiya ilə münaqişə barədə planı hazır idi.

Qeyd edək ki, Rusiya və Yaponiya arasında bəzi mübahisəli ərazilər var. Yaponiya Rusiyanın nəzarətində olan Kuril adalarının özünə məxsus olduğunu irəli sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR