Putin Rusiyadan qaçmaq barədə plan hazırlayıb -

“Rusiya Ukrayna müharibəsində məğlub olarsa Prezident Vladimir Putinin ölkədən qaçmaq barədə planı hazırdır”.

Metbuat.az xəbər verir ki, bu barədə vaxtilə Putinin yaxın adamlarından olan hazırda isə İsraildə yaşayan Abbas Qalyamov açıqlama verib. O iddia edib ki, “Nuhun gəmisi” adlı qaçış planının son detalları dəqiqləşdirilib. O deyib:

“Bu məlumat mənə etibarlı mənbələrdən gəlib. Əslində Kremldən gələn məlumatları paylaşmırdım. Amma indi istisna edirəm. Qaçış planının adı “Nuhun gəmisi”dir. Adından da göründüyü kimi ölkədə yaşayış mümkün olmasa yeni yaşayış yeri tapmaq hədəflənir. Putinin kadrları məğlub olmağı, iqtidarın əldən getməsini gözardı etmir və ən qısa zamanda ölkəni tərk etməli olduğu halda planlar qurur. Çinə qaçmaq təklifi gündəmə gəlib. Amma buna müsbət yanaşılmayıb. Argentina və ya Venesuela torpaqlarının etibarlı olduğu qənaətinə gəlinib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR