Ərdoğanın Rusiyadan GÖZLƏNİLMƏZ TƏLƏBİ -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putindən Rusiyadan tədarük edilən təbii qazın qiymətində 25 faiz endirim istəyib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “Bloomberg”ə danışıb. Məlumata görə, Rusiya tərəfi Türkiyənin tələbini rədd etməyib. Lakin nə qədər endirim olacağı məlum deyil. Bildirilir ki, Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Verşinin rəhbərlik etdiyi heyətin Ankaraya gəlməsi də bununla bağlıdır. Tərəflər həmçinin Suriya, Liviya, Fələstin, taxıl dəhlizi kimi digər məsələləri də müzakirə edəcəklər.

Qeyd edək ki, Rusiya təbii qazın Avropaya tədarükü üçün Türkiyədə mərkəzin qurulmasını təklif etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR