Müharibə iştirakçısı inanılmazı bacardı -

ABŞ-da yaşayan Vyetnam müharibəsi veteranı Raymond Roberts inanılmazı bacarıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, o, 6 lotereya bileti alıb və bütün biletlər böyük mükafat qazanıb. Məlumata görə, yaşlı şəxs biletləri Massaçusets ştatında alıb. Bildirilir ki, müharibə veteranı ad günlərinin və bayram günlərinin rəqəmlərinı nəzərə alaraq biletləri seçib.

Biletlər ümumilikdə 2 milyon dollar qazanıb. Bu məbləğ ona 20 il boyunca hər il 25 min dollar ödəniləcək şəkildə veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR