Cənubi Koreya donanmasının mübahisəli Takeşima adaları ətrafında təlimlər keçməsi Yaponiyanın etirazına səbəb olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, məsələ ilə bağlı Cənubi Koreyanın Tokiodakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib. Məsələ barədə etiraz səfirlik nümayəndəsinə çatdırılıb. Yaponiya tərəfi Cənubi Koreyanın hərbi təlimlərini “qəbuledilməz və təəssüf doğuran” məsələ adlandırıb.

Qeyd edək ki, Cənubi Koreyanın Dokdo, Yaponiyanın isə Takeşima adlandırdığı ada iki ölkə arasında mübahisəli ərazidir.