Yaponiyada torpaq sürüşməsi oldu:

Yaponiyanın Tsuruoka şəhərində (Yamaqata prefekturası) baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 ev dağılıb və ya ciddi ziyan dəyib.

Metbuat.az xəbər verir ki, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, xilasedicilər hadisə yerində yaşayan ən azı iki nəfərlə əlaqə saxlaya bilməyib. Sürüşmənin ümumi eni təxminən 100 metrə çatır.

Daha iki nəfər xəstəxanaya çatdırılsa da, onlar ciddi xəsarətlər almayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR