Yaponiya hökuməti Tokio metropolisində yaşayan əhalinin sayını azaltmaq və kənd yerlərində əhalinin sayını artırmaq üçün plan hazırlayıb.
Metbuat.az xəbər verir ki, plana əsasən paytaxtdan köçən ailəyə 1 milyon yen (7500 dollar) veriləcək. Həmçinin həmin sakinlər üçün başqa güzəştlər də ediləcək. Məlumata görə, şimalında Saitama, şərqində Çiba və cənubunda Kanaqava şəhərlərinin yerləşdiyi Tokio metropolisində Yaponiya əhalisinin 30 faizi yaşayır.
Bu da təqribən 40 milyon nəfər deməkdir. Ölkədə ən az sakinin məskunlaşdığı Hokkaydo bölgəsində hər kvadrat kilometrə 68 nəfər, Tokioda isə hər kvadrat kilometrə 2600-dən çox insan düşür.