Bu ölkədə Covid-19-a yoluxanların ümumi sayı 30 milyonu keçdi

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkə daxilində Covid-19-a yoluxma və ölüm hallarının sayını açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq olaraq, 2022-ci ilin sentyabrında 20 milyonu keçən epidemiya halları son 24 saat ərzində 30 milyonu keçib.

2022-ci ilin dekabr ayında Yaponiyada epidemiyadan 7688 nəfər ölüb. Bu, ən yüksək aylıq göstərici kimi qeydə alınıb.

Hazırda ölkə üzrə 659 nəfər reanimasiya şöbələrində virusdan müalicə alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR