Vyetnam Prezidenti Nquen Suan Fuk istefa verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi Nquen Suan Fukun istefasını təsdiqləyib.
Prezidentin istefası səbəbi barədə hələ ki rəsmi açıqlama yayılmayıb.
Qeyd edək ki, Nquen Suan Fuk 2021-ci il aprelin 5-də Vyetnam Sosialist Respublikası Milli Məclisinin XIV çağırışında Prezident seçilib.