Yaponiya sahillərindəki naməlum obyektin nə olduğu bilindi -

Yaponiya sahillərində aşkar edilən naməlum obyektlə bağlı açıqlama verilib.

Metbuat.az xəbər verir ki, yapon rəsmilər kürə formasındakı obyektin paslanmış tullantı parçası olduğunu və içərisində partlayıcı olmadığını bəyan ediblər. Bildirilib ki, diametri 1,5 metr olan obyekt tamamilə paslanıb və üzərində çıxıntı var. Araşdırmalardan sonra məlum olub ki, obyekt sadəcə bir metalın parçasıdır. Onun içinin boş olduğu müəyyən edilib. Məsələ ilə bağlı Yaponiya özünümüdafiə qüvvələri və sahil mühafizəsi ekspertləri ilə də müzakirələr aparılıb.

Qeyd edək ki, yerli media Yaponiyanın cənubundakı Şizuoka prefekturasının Hamamatsu şəhər çimərliyində sahilə çıxan obyektin dəniz minası olduğunu irəli sürmüşdü. Sosial mediada naməlum obyektin yadplanetlilər tərəfindən göndərildiyi qeyd edilmişdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR