Braziliyalı supermodel FİFA-nın səfiri oldu

Məşhur top model Adriana Lima Beynəlxalq Futbol Federasiyasının (FIFA) Qlobal Azarkeş Səfiri təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. FİFA prezidenti Canni İnfantino Limanın təyinatını şərh edərkən qeyd edib ki, onunla görüşəndə hər kəs onun istiqanlılığını, mehribanlığını və onun futbola nə qədər həvəsli olduğunu dərhal hiss edir.

"O, bizim oyunumuzla nəfəs alır, yaşayır. O, dünyada FİFA ilə ürəyi döyünən bütün azarkeşlər arasında əlaqə ola bilər", - İnfantino xüsusilə bildirib.

Öz növbəsində Adriana da qeyd edib ki, belə bir təyinata görə o özünü çox xoşbəxt hiss edir.

Məlumat üçün bildirək ki, Adriana yeni statusunda fevralın 27-də Parisdə keçiriləcək "FIFA The Best" mükafatlandırma mərasimində iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR