Tramp yenə İTTİHAM OLUNDU:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyi dövründə xarici liderlərdən aldığı yüzdən çox hədiyyəni gizlədib.

Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, gizli hədiyyələr arasında Səudiyyə Ərəbistanından 9000 dollar dəyərində qılınc və xəncərlər, Yaponiyadan 4000 dollar dəyərində qızıl qolf dəyənəkləri, Hindistandan 8500 dollar dəyərində vaza da var. Bəyanatda bildirilir ki, qeydə alınmamış hədiyyələrin ümumi dəyəri təxminən dörd milyon dollara yaxındır. Məlumata görə, Trampdan hədiyyələrin hesabını verməsi tələb olunsa da, o bunu etməyib. Hazırda ABŞ-ın eks-prezidenti icazə verilən dəyəri keçən hədiyyələri qəbul etməkdə və dövlətə saxlanmalı olanı özü üçün mənimsəməkdə ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR