Azərbaycanlı məşhur bloger izləyicisinə 675 min bağışladı -

Azərbaycanlı bloger Hüseyn Həsənov izləyicilərinə verdiyi sözü tutub.

Metbuat.az OLAY-a istinadən bildirir ki, o, səhifəsində keçirdiyi səs-küylü yarışın qalibini seçib. Belə ki, 30 milyonluq lüks avtomobilin sahibi tacikistanlı məktəbli olub.

Lakin o, maşından imtina edib. Hüseyn buna səbəbin məktəblinin avtomobilin pulunu istəməsi olduğunu bildirib.

Həsənov onun ailəsini düşündüyü üçün belə etdiyini söyləyərək 30 milyon rublu (675 min manat) tacik məktəbliyə bağışlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR