Ukrayna DİN “Donetsk Xalq Respublikasının” rəhbərləri barəsində cinayət işi qaldırıb

14:12 19 Yanvar 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 14:06 ]

Bakı – APA. Ukrayna Daxili İşlər Nazirliyi qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbərliyinə daxil olan şəxslərə qarşı cinayət işi qaldırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna DİN-in məlumatında bildirilir ki, DXR rəhbərlərinin 80-dək ağır və xüsusilə ağır cinayətlərin törədilməsində əlaqəsi var.

 

Həmin şəxslərin Donetsk vilayəti ərazisində terror təşkilatının yaradılmasında iştirakına dair yetərli dəlil və sübutlar toplanıb.

 

“Terror təşkilatı üzvlərinin həbsi və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür”, - deyə Ukrayna DİN-in məlumatında bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR