Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya agentliyi məlumat verib. Məlumata görə, Aomori əyalətinin Sakit okean sahillərində baş verən zəlzələnin episentri yerin 20 kilometr dərinliyində müşahidə edilib.

Sunami barədə xəbərdarlıq edilməyib. Zəlzələ İvate, Miyaqi və Hokkaydo bölgəsinin şimalında da hiss olunub.