Əməkdar artist Nigar Şabanova rayon toylarından aldığı qonorarın məbləğini açıqlayıb.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, sənətçi bu barədə ATV-yə müsahibəsində danışıb.

Ağcabədidə iştirak etdiyi toyda xanəndə deyib: "Qarabağ camaatı məni çox sevir. Ona görə də məclislərinə məni çağırıblar. Bu toya 5000 manat məbləğində gəlmişəm.

Ümumiyyətlə, rayon toylarına bu qiymətə gedirəm".