Misir Rusiyaya raket göndərir? -

Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı barədə məlumatlar əsassızdır”.

Metbuat.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə deyib. O bildirib ki, KİV-lərdə dərc edilən məlumatlar həqiqəti əks etdirmir. Peskovun sözlərinə görə, belə əsassız məlumatlar tez-tez KİV-lər dərc edilir və belə xəbərləri diqqətə almaq olmaz. İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında müzakirə mövzusu olan Kuril adaları ilə bağlı sualı cavablandıran Peskov, “Kuril adaları Rusiya Federasiyasının tərkib hissəsidir” deyə bildirib.

Qeyd edək ki, "The Washington Post" Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR