""Çelsi"də oynayacaq" -

"Çelsi"nin sabiq futbolçusu Florant Maluda PSJ-nin futbolçusu Kilian Mbappe ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o Mbappe ilə “Çelsi"yə transfer olması üçün danışıqlar apardığını bildirib. Maludanın sözlərinə görə, o, Mbappeni razı salmaq üçün dəfələrlə onunla danışıb. Ancaq Maluda Mbappeni razı sala bilməyib. Bununla belə, yenidən hücumçunu razı salmağa çalışacağını deyən Maluda, Mbappenin Premyer Liqada da oynayacağını qeyd edib.

“Ona istədiyini verə biləcək çox komanda yoxdur. Həmçinin, onun ətrafında heyət qura biləcək komandalar çox deyil. O, Fransa millisinin lideridir. Bir gün Premyer Liqaya transfer olacaq. Bu, danışıqlardan asılıdır” - Maluda deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR