Rusiya Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Metbuat.az xəbər verir ki, hücum zamanı tələfat olmayıb. Məlumata görə, Ukrayna ordusu tərəfindən vurulan PUA qalıqlarının üzərində yazılmış sözlər diqqət çəkib. PUA-ların üzərinə “Moskva üçün” və “Kreml üçün” sözlərinin yazıldığı müşahidə edilib.
Qeyd edək ki, Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.