Bu rayona qar yağdı - FAKTİKİ HAVA

Faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarından başlayaraq Qubanın dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı: Qaxda 47.0 mm (aylıq normanın 37 %-i), Zaqatalada 21.0 mm, Oğuzda 20.0 mm, Şəmkirdə 19.0 mm (aylıq normanın 39 %-i), Gədəbəydə 19.0 mm, Göygöldə 18.0 mm, Mingəçevirdə 15.0 mm (aylıq normanın 33 %-i), Sədərəkdə 15.0 mm, Gəncədə 14.0 mm (aylıq normanın 32 %-i), Yevlaxda 13.0 mm (aylıq normanın 26 %-i), Lənkəran, Şəki, Qəbələdə 12.0 mm, Qusarda 11.0 mm, Naftalan, Astara, Daşkəsəndə 10.0 mm, Tovuz, Ağdam, Tərtər, Ordubadda 9.0 mm, Balakəndə 8.0 mm, Qrız, İsmayıllı, Xaltan, Yardımlı, Göyçay, Quba, Ağstafa, Şərur, Şahbuz, Xaçmaz, Kürdəmir, Naxçıvan, Şamaxı, Zərdab, Beyləqan, Cəfərxan, Şabran, Ceyrançöl, Altıağac, Sabirabad, Neftçala, Biləsuvar, İmişli, Lerik, Qobustanda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR