Nazir yay tətili müddətinin qısaldılmasını TƏKLİF ETDİ

"Uşaqlar indi daha az məktəbə gedirlər. Məsələn, mən 10 il hər şənbə günü məktəbə getməklə indiki uşaqlardan 2 il artıq təhsil almışam".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı:

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir. 3 aylıq tətildən sonra bərpa prosesi zaman alır. Bunu nəzərə almaq lazımdır. Uşaqların uzun müddət məktəbə getməməsi, tətil etməsi onların təhsili üçün yaxşı hal deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı